Meyn seçkilərdə Trampa səs vermək mümkün olmayacaq ikinci ştat oldu
ABŞ-ın Meyn ştatının Seçki Şurası keçmiş Prezident Donald Trampı 2024-cü il seçki bülletenindən kənarlaşdırıb. AYNA CNN-ə istinadən bildirir ki, qərar gözlənilməz olub və ABŞ Konstitusiyasına 14-cü Düzəlişin “üsyan qadağası”na əsaslanır.
Beləliklə, Meyn qarşıdan gələn seçkilərdə Trampa səs vermək mümkün olmayacaq ikinci ştat oldu.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Men ştatının dövlət katibi Şanna Bellowsun onu ştatın ilkin seçkilərindən kənarlaşdırmaq qərarına etiraz edir. Bu barədə Trampın seçki kampaniyasının nümayəndəsinin bəyanatında deyilir.
"Biz bu qərardan apellyasiya şikayəti verəcəyik", - bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Kolorado ştatı eyni qərarı verib.