Meloni məhkəmə islahatı referendumunda məğlub olduğunu etiraf edib

Dünya

24.03.2026 - 09:44

“İtaliyanı modernləşdirmək üçün itirilmiş fürsətə görə hələ də acı hisslər var”

İtaliyanın Baş naziri Giorgia Meloni hökumətinin təklif etdiyi məhkəmə islahatı ilə bağlı referendumda məğlubiyyətini etiraf edib və səlahiyyət müddətinin sonuna qədər vəzifəsini davam etdirəcəyini bildirib. AYNA.AZ xəbər verir ki, Baş nazir bu barədə “X” sosial media platformasında yayımladığı videoda deyib.

Meloni xalqın öz sözünü dediyini və suverenliyin onların özündə qaldığını qeyd edib.

"Biz bu seçimə hörmətlə yanaşırıq. Baxmayaraq ki, İtaliyanı modernləşdirmək üçün itirilmiş fürsətə görə hələ də acı hisslər var. Bununla belə, biz ölkənin rifahı naminə işimizi sakit və vicdanla yerinə yetirməyə, mandatımızı yerinə yetirməyə davam edəcəyik. Biz qətiyyətlə, məsuliyyətlə və İtaliya xalqının maraqlarına hörmətlə irəliləyəcəyik", - deyə Baş nazir videomüraciətində bildirib.

İlkin səsvermə nəticələrinə görə, 54,47% islahata qarşı səs verib. Səsvermə müstəqil hökumət qolu olan məhkəmə və istintaq sistemində güc konfiqurasiyasının və güc balansının dəyişdirilməsi ilə bağlı texniki sual üzərində aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş