Meksikanın cənubundakı Morelos ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.
AYNA-nın məlumatına görə, bu barədə ştat hökumətinin feysbuk səhifəsində bildirilib.
Tetlama şəhərində qeydə alınan hadisə zamanı ekipaj üzvlərinin hamısı dünyasını dəyişib.
Hadisə yerinə xilasedicilər gəlib, rayon prokurorluğu hadisənin səbəblərini araşdırır.