Meksikada COVID-19 anti-rekordu

Dünya

27.05.2020 - 11:43

Ölkədə ilk dəfə olaraq gün ərzində ən yüksək yoluxma və ölüm hadisəsi baş verib

 

Meksikada COVID-19-dan son 24 saat ərzində 501 nəfər dünyasını dəyişib və ölənlərin sayı 8 min 134 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Meksika Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bununla yanaşı, ölkədə virusa yoluxanların sayı 3455 nəfər artaraq 74 min 560-a çatıb.

 

Bu göstərici ilə ölkədə ilk dəfə olaraq gün ərzində ən yüksək yoluxma və ölüm hadisəsi baş verib və COVID-19-dan ölənlərin sayı ilk dəfə 500-ü keçib.

 

Qeyd edək ki, Meksikada COVID-19-a ilk yoluxma hadisəsi fevralın 28-də, ilk ölüm isə martın 19-da baş verib.

Müəllif: Ayna.az