Tramp bu qərarın səbəbini və müddətini açıqlamayıb
ABŞ Prezidenti Donald Tramp Meksikadan Kubaya neft tədarükünün dayandırılacağını elan edib. AYNA.AZ “Reuters”ə istinadən məlumat verir ki, Ağ Evin Oval Ofisində jurnalistlərlə görüş zamanı dövlət başçısı qonşu ölkənin Kubaya xam neft tədarükünü dayandıracağını söyləyib. O bu qərarın səbəbini və müddətini açıqlamayıb.
Meksika hazırda müntəzəm olaraq enerji çatışmazlığı və geniş yayılmış elektrik kəsintiləri ilə üzləşən Kubaya ən böyük neft tədarükçüsüdür. Ada dövləti elektrik enerjisi, benzin və reaktiv yanacaq istehsal etmək üçün idxal olunan neft məhsullarından çox asılıdır. Lakin ABŞ sanksiyaları səbəbindən kifayət qədər yanacaq ala bilmir.