Məişət zorakılığından zərər çəkmiş 276 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib

Xəbərlər

07.11.2025 - 16:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 68 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan 23-ü qadın, 45-i isə uşaqlardır.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, həmin şəxslər agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində reabilitasiya xidmətləri ilə əhatə olunublar.

Həmin şöbədə ötən dövrdə 276 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib və onların sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı reabilitasiya şöbəsində sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş