Mehriban Əliyeva Xalq artistinin vəfatı ilə bağlı paylaşım edib

Cəmiyyət

26.02.2022 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

“Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir”

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında Xalq artisti Əlibaba Məmmədovun vəfatı ilə bağlı paylaşım edib.

AYNA-nın xəbərinə görə, paylaşımda deyilir: “Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq, kiçikdən böyüyə hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun bəstələdiyi gözəl mahnılar məharətlə ifa etdiyi muğamlarla birgə milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Əlibaba Məmmədovun xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Xalq artisti dünən 92 yaşında vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş