Mehriban Əliyeva Bilik günü ilə bağlı paylaşım edib

Xəbərlər

15.09.2021 - 15:04

Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 Sentyabr - Bilik günü münasibətilə paylaşım edib.

AYNA-nın xəbərinə görə, paylaşımda deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhval-ruhiyyə və əla qiymətlər arzulayıram!".

Müəllif: Ayna.az