Məhkəmə Mutvalı Şıxlinskinin həbs müddətini uzadıb

Xəbərlər

09.09.2025 - 19:28

Məhkəmənin hökmü qanuni qüvvəyə minməyib

Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə həbs edilən Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

AYNA.AZ-ın Sverdlovsk Vilayət Məhkəməsinin sosial şəbəkələrdəki xəbərinə istinadən verdiyi məlumata görə, Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin həbs qətimkan tədbirinin uzadılması barədə vəsatətini təmin edib.

Mütvala Şıxlinski barəsində həbs-qətimkan tədbirinin müddəti 2025-ci il dekabrın 14-dək uzadılıb.

Məhkəmənin hökmü qanuni qüvvəyə minməyib.

Qeyd edək ki, 2025-ci il iyulun 16-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. İbtidai istintaq orqanları onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham edir.

Yada salaq ki, M.Şıxlinskinin həbsinə iyulun 1-də “Baku Plaza”da baş vermiş vəziyyət səbəb olub. Daha sonra FTX əməkdaşları Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə oğlunun idarə etdiyi avtomobildə hücum ediblər. M.Şıxlinski özü də məhkəmədə bildirib ki, sağında olan FTX əməkdaşını görməyib və baş verənlərdən peşmandır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş