Sabiq Prezidentə qarşı qəbul olunan qərardadlar ləğv edilib
Bişkekin Pervomayski Rayon Məhkəməsi sabiq Prezident Almazbek Atambayevə müalicə üçün Qırğızıstanı tərk etməyə icazə verib.
AYNA qırğız mediasına istinadən bildirir ki, fevralın 14-də Ali Məhkəmənin Məhkəmə Kollegiyası qapalı iclasda Almazbek Atambayevə qarşı işin baxılması üçün göndərilməsi barədə qərar qəbul edib.
Qərarda bildirilir ki, vəkillər Zamir Coşev və Sergey Slesarevin cinayət işinin yeni açılmış hallara görə yenidən başlanması barədə vəsatəti təmin edilib.
Qeyd olunur ki, Ali Məhkəmənin Atambayevə qarşı 2021-ci il 12 oktyabr və 15 mart 2022-ci il tarixli qərardadları ləğv edilib.
2020-ci ildə Ali Məhkəmə bu iş üzrə əvvəlki instansiyaların hökmlərini ləğv edib, ona görə də Atambayev 11 il müddətinə azadlıqdan məhrum edilib. İş yenidən baxılması üçün Bişkekin Pervomayski Rayon Məhkəməsinə göndərilib. Lakin oktyabrın 12-də Ali Məhkəmə Baş Prokurorluğun vəsatətindən sonra qərarını ləğv edib. Atambayev yenidən təqsirli bilinib. 2022-ci il martın 15-də Ali Məhkəmə 11 il həbs cəzasını qüvvədə saxlayaraq qərar çıxarıb. Bu prosesdə iştirak edən 10-dan çox şəxs arasında həbs cəzası alan yeganə şəxs Atambayev olub.
2019-cu ildə parlament Atambayevi eks-prezident statusundan məhrum edib. Bu qərar onun məhkəmə qarşısına çıxarılmasına imkan yaradıb.
Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğız Respublikasının Prezidenti olub.