Üsyanda 9 məhkum ölüb, 5 polis, 60 kamera gözətçisi və 2 məhkum da yaralanıb
Peruda həbsxanaların birində baş verən üsyanda ölən məhkumlar var. Bu barədə AYNA xarici mediaya əsasən xəbər verir.
Məlumatda bildirilir ki, üsyana səbəb həbsxanada koronavirusla bağlı proflilaktik tədbirlərin görülməməsi olub. Sanitar-gigiyenik tədbirlərin kasadlığı üzündən paytaxt Limanın “Miguel Castro” həbsxanasında 19 məhkum ölüb. Məhbuslar da baş verən ölümlərə etiraz ediblər.
Həbsxanadakı üsyanında 9 məhkum ölüb, 5 polis, 60 kamera gözətçisi və 2 məhkum da yaralanıb.
Etiraz aksiyalarının digər həbsxanalarda da baş verdiyi deyilir.