“Moskva Moldovadakı əlaltılarından istifadə edə bilər, taktika dəyişə bilər”
“Rusiya 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərinə qədər Moldovada vəziyyəti qarışdırmağa çalışacaq”. AYNA xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu “PRO-TV” telekanalına müsahibəsində deyib.
“Biz düşünürük ki, Rusiya Federasiyası burada vəziyyətin sabitliyini pozmağa yönələn siyasətinə davam edəcək. Çox güman ki, yaza yaxın başlayacaqlar”, - Sandu bildirib.
Onun sözlərinə görə, Moskva Moldovadakı əlaltılarından istifadə edə bilər, taktika dəyişə bilər.
Moldova Prezidenti yerli seçkilərdən dərs çıxarmağa, onları təhlil etməyə, vətəndaşların səslərini və demokratik seçkiləri qorumaq üçün tədbirlər görməyə çağırıb.