Martın 9-da Milli Məclisin iclasıdır

Xəbərlər

03.03.2021 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Toplantıda müzakirə olunacaq məsələlər açıqlanıb

 

Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, iclasın gündəliyinə 8 məsələ daxil edilib.

 

Gündəlikdəki məsələlər bunlardır:

 

-Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.

 

-“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

 

-Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş).

 

-Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuş).

 

-Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (ikinci oxunuş).

 

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi barədə (ikinci oxunuş).

 

-“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (ikinci oxunuş).

 

- “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında (birinci oxunuş).

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş