Gürcüstandakı soydaşlarımız Azərbaycana dəstək aksiyası keçiriblər
Gürcüstanın Marneuli şəhərində Azərbaycana dəstək aksiya keçirilib. AYNA xəbər verir ki, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) ilə “Borçalı irəli” İctimai Birliyinin birgə təşkil etdiyi aksiyanın iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Hamımız İlqarıq”, “Ermənistan, işğala son qoy” plakatları tutaraq Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə edən şüarlar səsləndiriblər.
Aksiyanın təşkilatçıları GAHA-nın sədri Əli Bədirov, “Borçalı irəli” İctimai Birliyinin sədri Məhəbbət İmanov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları çıxış edərək ermənilərin son vaxtlar Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri vandalizm və terror aktlarını kəskin qınayıblar.
Nümayişçilər həmçinin Gürcüstan ərazilərinin işğal altında saxlanılmasını da qınayıb, regionda sülhə nail olmaq üçün vandalizm və işğala son qoyulmasını tələb ediblər.