Marko Rubio: “Venesuelada ABŞ qoşunu yoxdur”

Dünya

05.01.2026 - 09:03

“ABŞ narkotik kartelləri ilə müharibə aparır, Venesuela ilə yox”

“ABŞ narkotik kartelləri ilə müharibə aparır, Venesuela ilə yox”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.

Bildirib ki, ölkəsi neft sanksiyaları ilə bağlı Amerika qanunlarını tətbiq edir, məhkəməyə müraciət edir, order alır və neft daşıyan gəmiləri ələ keçirir.

“Venesuelada ABŞ qoşunları yoxdur. Venesuelada qalan liderlər düzgün qərar verərsə, ABŞ onlarla işləməyə hazırdır”, - Rubio əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş