Senat yekdilliklə 53 yaşlı respublikaçını dövlət katibi vəzifəsinə təsdiq edib
ABŞ Senatı yekdilliklə 53 yaşlı respublikaçı Marko Rubionu ABŞ dövlət katibi vəzifəsinə təsdiq edib. Qeyd edək ki, bu vəzifə Avropa ölkələrində xarici işlər naziri vəzifəsinə bərabərdir.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Rubionun namizədliyini özü də daxil olmaqla 99 senator dəstəkləyib. O, bu vəzifəyə yeni Prezident Donald Tramp tərəfindən irəli sürülüb və 47-ci Prezidentin Nazirlər Kabinetinin ilk təsdiq edilmiş üzvü olub.
Kubalı mühacir ailəsindən olan Rubio mühafizəkar respublikaçı Florida Nümayəndələr Palatası və Senat üzvü idi.
Təsdiq dinləməsi zamanı Rubio bildirib ki, ABŞ müttəfiqləri kollektiv müdafiəyə daha çox töhfə verməlidirlər. O, Şimali Atlantika Alyansını Vaşinqton üçün vacib adlandırıb, lakin ABŞ-ın “təkcə müdafiə müttəfiqlərinə deyil, bacarıqlı müttəfiqlərə də ehtiyacı olduğunu” vurğulayıb.
Rubio 21-ci əsrdə ABŞ-ın çiçəklənməsi üçün əsas təhlükə kimi Çini göstərib.
Ukraynadakı müharibəni şərh edən Rubio bildirib ki, həm Rusiya, həm də Ukrayna sülhə nail olmaq üçün güzəştə getməli olacaq.
"Bu müharibə bitməlidir və məncə, ABŞ-ın rəsmi siyasəti odur ki, biz onun bitməsini istəyirik. Bu, asan olmayacaq və cəsarətli diplomatiya tələb edəcək", - yeni dövlət katibi qeyd edib.