Rafael Qrossi Kursk AES-i yoxlamaq üçün Kurçatov şəhərinə səfər edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasına (AES) baxış keçirmək üçün Kursk vilayətinin Kurçatov şəhərinə gəlib. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qrossi daha əvvəl bildirmişdi ki, o, Kursk AES-in təhlükəsizliyinin qiymətləndirilməsi üzrə hərəkətləri müzakirə etmək niyyətindədir. MAQATE rəhbəri səfərinin daha bir məqsədini də “AES ətrafında vəziyyətə öz müstəqil baxışını formalaşdırmaq” adlandırıb.
Qrossi həmçinin Kursk AES-in nüvə obyektlərinin təhlükəsizliyini təmin etməyə çağırıb. Vurğulayıb ki, nüvə obyektlərinin “təhlükəsizliyi və etibarlılığı heç bir şəraitdə pozulmamalıdır”.