Qrossi: “İranla dialoq sistemini bərpa etmək lazımdır”
Dünya liderləri nüvə sazişi ilə bağlı İranla dialoqu bərpa etməlidirlər. AYNA bildirir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.
“İranla dialoq sistemini bərpa etmək lazımdır”, - Qrossi “Financial Times” qəzetinə müsahibəsində deyib.
MAQATE rəhbəri vurğulayıb ki, nüvə sazişi üzrə Birgə Kompleks Fəaliyyət Planını dəyişdirmək və uyğunlaşdırmaq lazımdır.