Fransa Prezidentinin reytinqi vəzifəyə başlamasından bəri ən aşağı səviyyəyə enib
Fransa Prezidenti Emmanuel Makronun reytinqi onun vəzifəyə başlamasından bəri ən aşağı səviyyəyə enib. AYNA.AZ xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
Bildirilib ki, “Verian” kompaniyasının keçirdiyi sorğunun nəticələrinə görə, Makronun reytinqi ötən ay 16 faizdən 11 faizə düşüb. Sorğuya əsasən, hazırda respondentlərin 84 faizi Fransa liderinin fəaliyyətini mənfi qiymətləndirir, qalan 5 faiz isə cavab verməyə çətinlik çəkir.
Tədqiqat, həmçinin göstərib ki, fransızların 45 faizi sağçı millətçi Milli Birlik Partiyasının lideri Jordan Bardellanın qarşıdakı aylarda və illərdə mühüm siyasi rol oynamasını istəyir. Partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Pen bu siyahıda ikinci yerdədir və respondentlərin 40 faizi onu bəyənir. Fransanın sabiq Baş naziri və sağ mərkəzçi “Üfüqlər” Partiyasının sədri Eduar Filipp 30 faiz səslə üçüncü olub.