Makron Ukraynanın Rusiyaya qarşı Fransa silahlarından istifadə etməyə icazə verdiyini təsdiqləyib
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Fransa silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verdiyini təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə Prezident TF1 və “France 2” telekanallarına müsahibəsində deyib.
“Ukraynaya raketlərin atıldığı hədəfləri vurmağa icazə verilir. Silahlarımızla mülki insanları hədəf almağı qadağan edirik”, – Makron bildirib.