Fransa Prezidenti Pekinə səfər edib
Fransa Prezidenti Emmanuel Makron Çinə dövlət səfəri edib. AYNA xarici mediaya istinadən bildirir ki, Makron Çin rəhbəri Si Cinpinlə görüşəcək.
Fransa liderinin təyyarəsi Pekin vaxtı ilə günorta saatlarında Çinin Paytaxt Hava Limanına enib. Makron üç gün Çində qalacaq. Siyasətçi Pekinə və Çinin cənubundakı Quanqdonq əyalətinin Quançjou şəhərinə səfər edəcək.
Bundan əvvəl məlum olub ki, Makron Çinə səfəri zamanı Çin rəhbəri Si Cinpini Rusiya lideri Vladimir Putinlə yaxınlaşmaqdan çəkindirmək niyyətindədir. Onun Si ilə bir neçə saatlıq müzakirələr aparacağı gözlənilir.
Fransa lideri Çin hökumətini Ukrayna böhranının həllində vasitəçilik missiyasına cəlb etmək istəyir. Eyni zamanda, Avropa ölkələri və ABŞ nümayəndələri siyasətçinin səfərinin uğurlu olacağına şübhə ilə yanaşırlar.