Mahmud Hüseyn Türkiyə vətəndaşlığından məhrum edilib

Dünya

19.02.2024 - 12:49

cedabet dərman SEO Xidməti

“Müsəlman Qardaşları”ının “Türkiyə qolu”nun rəhbəri Türkiyə vətəndaşlığından çıxarılıb

İstanbulda yaşayan “Beynəlxalq Müsəlman Qardaşları” Dərnəyinin (Cəmiyyət əl-İxvan əl-Muslimin) “Türkiyə bölməsinin rəhbəri” Mahmud Hüseyn Türkiyə vətəndaşlığından məhrum edilib. AYNA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bildirilir ki, Türkiyə hakimiyyətinin bu addımı Prezident Rəcəb Tayyib Ərdoğanın Qahirəyə səfəri ilə eyni vaxta düşüb.

Qeyd olunur ki, Hüseynə qərarın səbəbi barədə məlumat verilməyib və vətəndaşlıqdan məhrum edilməsi onun üçün gözlənilməz olub.

Qeyd edək ki, fevralın 14-də Ərdoğanın Misirə son 12 ildə ilk səfəri baş tutub. Ölkələr arasında münasibətlər 2013-cü ildə Türkiyənin müttəfiqi hesab etdiyi islamçı “Müsəlman Qardaşları” Partiyasından olan Prezident Məhəmməd Mursinin devrilməsindən sonra kəskin şəkildə pisləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş