Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Cəmiyyət

10.02.2022 - 21:56

Həkimlər Klinikalar SEO Xidməti

Bu gün saat 16:25-dək 16 380 nəfərin ərizəsi qəbul edilib

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.

AYNA-nın Dövlət İmtahan Mərkəzinin saytına istinadən məlumatına görə, sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi.

Ancaq müddət fevralın 11-i saat 10:00-dək uzadılıb.

Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi - 15007 ; rus bölməsi - 1373) ərizəsi qəbul edilib.

Xatırladaq ki, sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş