5,6 bal gücündə zəlzələnin episentri Şiqatse şəhərindən 124 kilometr cənub-qərbdə yerləşib
Çində 5,6 bal gücündə zəlzələ olub. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 124 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.