Fəhlənin ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı bildirilir
Sumqayıtda fəhlə işlədiyi zavodda xəsarət alıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən zavodda qeydə alınıb.
1969-cu il təvəllüdlü Zamanov Çingiz Çərkəz oğlunun fəhlə işlədiyi zavodda ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı bildirilir.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.