47 magistrantın isə universitetlərə müraciəti qəbul edilməyib
Magistraturaya qəbul olan və portal.edu.az-dan qeydiyyatdan keçən 9945 nəfərdən 73 nəfəri müraciət etdikdən sonra imtina edib. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 47 nəfərin müraciəti isə müəssisələr tərəfindən müxtəlif səbəblərdən (təhsil haqqı ödənişi etməməsi və ya əvvəlki təhsilini bitirməsi barədə sənəd təqdim etməməsi) qəbul edilməyib.