Maduro məhkəməsində ifadə verib: “Hələ də ölkəmin prezidentiyəm"

Dünya

05.01.2026 - 23:52

"Mən ittihamnamədə qeyd olunan heç bir şeydə günahkar deyiləm”

Nyu-Yorkda məhkəməyə gətirilən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Flores günahsız olduqlarını bildiriblər. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Mən ittihamnamədə qeyd olunan heç bir şeydə günahkar deyiləm. Mən dürüst insanam. Mən hələ də ölkəmin prezidentiyəm", - deyə Maduro deyib.

Flores məhkəmə çıxışında özünü Venesuelanın birinci xanımı kimi təqdim edib və eyni zamanda, günahsız olduğunu bildirib.

Maduronun vəkili bildirib ki, müvəkkili hazırda girov müqabilində azadlığa buraxılmaq istəmir.

Qeyd edək ki, Maduro və Flores 3 yanvar gecəsi ABŞ xüsusi təyinatlıları tərəfindən Venesueladan təxliyə ediliblər. Onlar Nyu-Yorka aparılıb və nəzarətə alınıblar. ABŞ hakimiyyəti Venesuela Prezidentini ölkəyə narkotik qaçaqmalçılığı və silah saxlamaqda, həyat yoldaşı isə rüşvət almaqda, adam oğurluğu və qətlləri təşkil etməkdə ittiham edir.

İlk məhkəmə iclasında Maduro və Flores rəsmi olaraq ittihamları oxuyacaq və hakim onların hüquqi təmsilçiliyinin olmasını təmin edəcək. Hakim həmçinin onların girov müqabilində azadlığa buraxılmasını da nəzərdən keçirəcək. Lakin CNN qeyd edir ki, bu tələbin təmin edilməsi ehtimalı azdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş