Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara veto qoymayacaq

Dünya

01.12.2023 - 13:44

Orban: “Məsələ onda deyil ki, həll yolu var və biz ona veto qoyuruq”

Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlara veto qoymayacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Viktor Orban deyib.

Baş nazir qeyd edib ki, Aİ qaydalarına əsasən, müəyyən mövzular var ki, onlar haqqında qərar yalnız bütün üzv dövlətlər razılaşdıqda verilə bilər: “Yəni məsələ onda deyil ki, həll yolu var və biz ona veto qoyuruq. Ümumiyyətlə, həll yolu yoxdur”.

Eyni zamanda, Orban qeyd edib ki, hazırda Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlanması Macarıstanın milli maraqları ilə üst-üstə düşmür.

Onun sözlərinə görə, heç bir razılaşmanın olmayacağı əvvəlcədən aydındır və Avropa liderlərini hazırlıqsız mövzunu müzakirə etməyə məcbur etmək səhvdir.

Müəllif: Ayna.az