Luvr muzeyini su basıb: sənət əsərlərinə ziyan dəyib

Dünya

14.02.2026 - 09:40

İki otaq su altında qalıb: həmin otaqlarda 15-ci və 16-cı əsrlərə aid eksponatlar yer alır

Cümə günü gecə Luvr muzeyində baş verən su sızması bir neçə otağın su altında qalmasına səbəb olub. AYNA.AZ xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Məlumata görə, daşqın Denon qanadındakı “Salle Duchâtel”də baş verib. Burada Bernardino Luini və Fra Beato Angelikonun əsərləri də daxil olmaqla, 15-ci və 16-cı əsrlərə aid eksponatlar yer alır. Eyni qanaddakı “Salon Carte” və “Salle Percier et Fontaine” də bağlanıb. Muzey işçiləri hadisəni "fövqəladə hal" kimi qiymətləndiriblər.

BFM TV-nin məlumatına görə, su sızmasının kanalizasiya sistemindəki problemlərdən qaynaqlandığı ehtimal olunur. İlkin məlumatlara görə, bəzi sənət əsərlərinə ziyan dəyib.

Luvr muzeyi əvvəllər də subasma ilə üzləşib. 2025-ci ilin noyabr ayında muzeyi isidən və havalandıran hidravlik sistemdə su sızması baş verib. Çirkli su Misir Antik Əşyalar Zalındakı kitabxananı basıb və 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərinə aid təxminən 300-400 əsərə zərər verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş