“KTMT-də olmaq istəməsələr belə, o çökməyəcək, dağılmayacaq”
Rəsmi Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir müraciət almayıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus Prezidenti qeyd edib ki, Ermənistan inteqrasiya strukturlarını tərk etməyə tələsməməlidir.
Lukaşenko əlavə edib: “Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurmaq barədə emosional açıqlama verib. KTMT-də olmaq istəməsələr belə, o çökməyəcək, dağılmayacaq”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə “France 24” telekanalına müsahibəsində ölkəsinin KTMT-də iştirakını dayandırdığını deyib.