“Ukraynanın Rusiya ilə ilkin şərt olmadan sülh müqaviləsi bağlamaqdan başqa başqa yolu yoxdur”
“Ukraynada münaqişəyə son qoymaq üçün unikal vəziyyət mövcuddur”. AYNA xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus lideri “Belarus 1” telekanalının yayımladığı Çin mətbuatına müsahibəsində deyib ki, bu vəziyyətin yarandığına əmindir.
“İndi unikal bir vəziyyət var - mən bunu görürəm və intuitiv olaraq hiss edirəm. Bu münaqişəyə son qoymağın mümkün olduğu nadir vəziyyətdir”, - Lukaşenko vurğulayıb.
Belarus Prezidenti əlavə edib ki, bu vəziyyətdən istifadə etmək lazımdır: “Çünki belə şans bir daha olmaya bilər”.
“Ukraynanın münaqişəni həll etmək üçün Rusiya ilə ilkin şərt olmadan sülh müqaviləsi bağlamaqdan başqa başqa yolu yoxdur”, - deyə Lukaşenko əlavə edib.