Lukaşenko: “Ukrayna NATO-nu müharibəyə cəlb etməyə çalışır”

Dünya

01.12.2022 - 16:13

Belarus Prezidenti ölkəsinin sərhədi yaxınlığında təxribatların sayının artdığını bildirib

“Hüquq-mühafizə orqanları Belarus sərhədi yaxınlığında təxribatların sayının artdığını qeyd edir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin güc strukturlarının rəhbərləri ilə görüşündə deyib.

“Ukrayna hər hansı bəhanə ilə çox güman ki, NATO-ya üzv ölkələrin qoşunlarını münaqişəyə cəlb etməyə çalışır. Bütün bunları bu yaxınlarda Polşa ərazisinə raketin düşməsi də təsdiqləyir”, - deyə Lukaşenko vurğulayıb.

Qeyd edək ki, noyabrın ortalarında Belarus Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo Ukrayna tərəfinin Belarusla sərhədə yaxın Volın istiqamətində körpüləri partlatdığını bildirib. Həmçinin noyabr ayında Belarus sərhədçiləri Ukrayna hərbçilərinin respublikanın sərhədinə bitişik əraziləri minaladığı bildirilib.

Oktyabr ayında Lappo Belarus-Ukrayna sərhədində naməlum silahlı şəxslər olduğunu, bunun təhlükəli vəziyyət yaratdığını bildirib.

Müəllif: Ayna.az