Belarus Prezidenti: "Bu, çox təhlükəli bir oyundur"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni məhv edəcək. AYNA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Qərbə yönəlməsini şərh edərkən deyib.
"Onlar indi Avropa İttifaqı ilə oynamağa başlayıblar. Bu, çox təhlükəli bir oyundur. O (Paşinyan - red) Ermənistanı məhv edəcək, onu orada sakitləşdirin", - Belarus lideri bildirib.