Belarus Prezidenti helikopterlə iqamətgahına uçub
Belarus Prezidenti Aleksandr Lukaşenko İstiqlal Sarayından əlində “Kalaşnikov” avatomatı ilə çıxarak helikopterə minib və iqamətgahına uçub. AYNA xəbər verir ki, görüntülər “Telegram” kanallarında yayımlanıb.
Videoda dövlət başçısının mühafizəçilərlə birlikdə vertolyotdan düşməsi və sol əlində “Kalaşnikov” avtomat tüfənginin olduğu görünür.
Daha əvvəl bildirilmişdi ki, helikopter Lukaşenkonun iqamətgahı olan İstiqlal Sarayına gəlib.
Qeyd edək ki, avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrindən narazı olan Belarus xalqı etiraz aksiyalarına başlayıb. Aksiyalar 2 həftədir ki, davam edir. Bu gün 200 mindən çox əhali Minskdə İstiqlal Sarayı yaxınlığına gəlib, Prezidentin istefasını, yeni seçki keçirilməsini tələb ediblər.