Lukaşenko 250 məhbusu əfv edib: Vaşinqton sanksiyaları yumşaltdı

Dünya

20.03.2026 - 14:09

Əfv olunanlar ekstremistlikdə ittiham edilənlər olub

Belarus Prezidenti Aleksandr Lukaşenko 250 məhbusu əfv edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Belarus liderinin Mətbuat Xidmətindən bildirilib.

Əfv olunanlar ekstremistlikdə ittiham edilənlər olub. Bunun müqabilində Vaşinqton Minskə qarşı sanksiyaları yumşaldıb.

"Bütün müraciətlər prezidentə təqdim edilməzdən əvvəl Baş Prokurorun rəhbərlik etdiyi müvafiq komissiya tərəfindən hərtərəfli araşdırılıb. Dövlət başçısı qərar qəbul edərkən komissiya üzvlərinin fikirlərini də nəzərə alıb. Cənab Lukaşenko həmçinin məhkumların analarından, arvadlarından və qohumlarından alınan müraciətləri də nəzərdən keçirib”, Belarus Prezidentinin Mətbuat Xidmətindən qeyd olunub.

Azad edilənlər arasında siyasi bloger Eduard Palçis və insan haqları fəalı Anastasiya Loika da var.

Qeyd edək ki, Aleksandr Lukaşenko və Con Kol martın 19-da danışıqlar aparıblar. Görüşdən sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi “Belaruskalin”in, “Belarus Potash” şirkətinin, “Belinvestbank”ın, İnkişaf Bankının və Belarus Maliyyə Nazirliyinə qarşı sanksiyaların ləğv olunduğunu elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş