Əfv edilənlərin 22-si ekstremizmə görə həbs olunumuşdular
Belarus Prezidenti Aleksandr Lukaşenko 20-sinin nəfərin ekstremizmdə ittiham olunduğu 22 nəfərin əfv edilməsi barədə fərman imzalayıb. AYNA.AZ xəbər verir ki, fərman dövlət başçısının rəsmi saytında dərc edilib.
"Belarus Prezidenti Aleksandr Lukaşenko Yeni il ərəfəsində 22 nəfərin əfv edilməsi ilə bağlı fərman imzalayıb. Əfv olunanlar arasında 15 qadın və 7 kişi var ki, onlardan 11-nin azyaşlı uşaqları var", - deyə açıqlamada bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, əfv qərarı Belarus lideri tərəfindən humanitar səbəblərdən verilib.
Bundan əvvəl Belarus hakimiyyəti casusluq, terrorizm və ekstremizmdə ittiham olunan 123 siyasi məhbus üçün əfv elan etmişdi.