Los-Anceles meri Azərbaycanın baş konsuluna məktub yazıb

Xəbərlər

30.07.2020 - 10:47

cedabet dərman SEO Xidməti

Mer Azərbaycan icmasının üzvlərinə qarşı hücumları pisləyib

 

Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, iyulun 21-də Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los-Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib. AYNA bildirir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

 

Məktubunda sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer Los-Ancelesdə zorakılığın yolverilməz olduğunu vurğulayıb. E.Qarsetti Los -Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş