Liz Trass: “Ukrayna qalib gələnə qədər dayanmayacağıq”

Dünya

22.09.2022 - 12:43

“Böyük Britaniya Ukraynaya yardımı davam etdirəcək”

“Ukrayna qalib gələnə qədər Britaniya Kiyevə yardımı davam etdirəcək”. AYNA xarici mediaya istinadən xəbər berir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Liz Trass BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

“Ukrayna qalib gələnə qədər dayanmayacağıq. Münaqişənin həlledici məqamında Ukraynaya lazımi dəstəyimizi və hərbi yardımımızı artıracağıq. Rusiyaya qarşı beynəlxalq alyans çox güclüdür. Lakin Moskvanı heç kim təhdid etmir”, - deyə Baş nazir bildirib.

Müəllif: Ayna.az