Hava hücumundan müdafiə sistemlərinin üçüncü hissəsi də məhv edilib
Liviya ordusu ölkənin şərqində qeyri-qanuni fəaliyyət göstərən silahlı qüvvələrin hava hücumundan müdafiə sistemlərinin üçüncü hissəsini məhv edib. AYNA xəbər verir ki, bu barədə Liviya ordusunun rəsmi nümayəndəsi polkovnik-leytenant Məhəmməd Kununu açıqlama verib.
Bundan əlavə, orduya bağlı silahlı pilotsuz uçuş aparatları (SİHA) son 48 saat ərzində BƏƏ-nin Həftarın rəhbərlik etdiyi silahlı qruplaşmaya verdiyi müdafiə sistemlərini də zərərsizləşdirib.
Belə ki, Həftar tərəfindən işğal edilmiş Vatikan Hərbi Hava Bazasına göndərilən hər iki hava hücumundan müdafiə sistemi hərbi hava qüvvələri tərəfindən vurulub.