Liviyada daşqınlarda ölənlərin sayı 4 333 nəfərə çatıb

Dünya

05.10.2023 - 07:53

cedabet dərman SEO Xidməti

Sentyabrın 10-da Liviyanın şərqində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 4 333 nəfərə çatıb.

AYNA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Liviya regional ofisinin fövqəladə hallar üzrə sağlamlıq qrupuna cavabdeh olan Hale Hudari bildirib.

Onun sözlərinə görə, fəlakət bölgələrində 8 500 adam itkin düşüb: “Ölənlər arasında 25-i həkim olmaqla cəmi 101 səhiyyə işçisi var. Bu, Liviyanın səhiyyə sektoru üçün böyük itki sayılır”.

O qeyd edib ki, ÜST fəlakət bölgələrində sağlamlıqla bağlı ciddi səylər göstərir: “Liviyalılar tam həmrəy olub. Ölkənin bütün bölgələrindən fəlakət zonasına həkimlər gəlib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş