Baş nazir Hassan Diyab rəsmi bəyanat verəcək
Livan hökuməti tam tərkibdə istefa verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Naziri Hamad Hasan açıqlama verib.
Seray sarayında hökumətin toplantısından sonra çıxışda jurnalistlərə qısa açıqlama verən hökumət rəsmisi bildirib ki, bu barədə Baş nazir Hassan Diyab rəsmi bəyanat verəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Beyrutda limanda baş vermiş şiddətli partlayışdan sonra ölkədə dörd nazir və altı millət vəkili istefa verib.