Litvanın xarici işlər naziri istefa verib

Dünya

10.12.2021 - 21:38

Həkimlər Klinikalar SEO Xidməti

Lansbergis: "Hökumət üçün problem yaratdığını anlayaraq istefa ərizəmi qəbul edin"

Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis istefaya dair rəsmi məktub təqdim edib.

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, nazir bu addımı Belarus məhsullarının Litva ərazisindən tranziti ilə bağlı nüfuzuna xələl gətirdiyinə görə atıb.

“ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Belarus mallarının Litva ərazisindən davamlı daşınması ilə bağlı mövcud vəziyyət və bunun hökumət üçün problem yaratdığını anlayaraq istefa ərizəmi qəbul edin və məni vəzifədən azad edin”, - məktubda deyilir.

Litvanın baş naziri gələn həftə istefa ilə bağlı qərar qəbul edəcəyini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş