Litva Rusiya ilə sərhəddə Almaniya qoşunları üçün baza tikir

Dünya

20.08.2024 - 12:26

Həkimlər Klinikalar SEO Xidməti

Yaxın üç ildə bazanın inkişafına 1 milyard avrodan çox vəsait xərclənəcək

Litva 2027-ci ilin sonuna qədər Almaniya Silahlı Qüvvələrinin 4000 əsgərinin yerləşəcəyi hərbi bazanın tikintisinə başlayıb. Bu, İkinci Dünya müharibəsindən sonra alman qoşunlarının xaricə ilk daimi yerləşdirilməsi olacaq. AYNA xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Qeyd olunub ki, Almaniya keçən il Baltikyanı respublika qarşısında belə bir öhdəlik götürmüşdü.

Litva Ordusunun Ali Baş Komandanı Raymundas Vaiksnorasın hesablamalarına görə, yaxın üç ildə bazanın inkişafına 1 milyard avrodan çox vəsait xərclənəcək. Qeyd edib ki, bu, ölkə tarixində ən böyük layihələrdən biri olacaq. Rudninkay kəndi yaxınlığında tikilən bazanın ərazisində atış tirləri, tanklar üçün anqarlar və digər texnikalar üçün yerləşmə yerləri inşa olunacaq. Hərbi şəhərciyin ərazisi 170 hektar olacaq. Daha 1000-ə yaxın alman əsgəri və mülki podratçılar Litvanın digər ərazilərində yerləşdiriləcək.

"Bundesver briqadası əhalimizi sakitləşdirmək və rusları çəkindirmək vasitəsi kimi işləyəcək", dedi Vaiksnoras bildirib.

Öz növbəsində Almaniya hökuməti 105 ədəd “Leopard 2 A8” tankı sifariş etmək üçün parlamentdən 2,93 milyard avro istəyib. Onların bəzilərinin Rudninkaydakı bazada yerləşdirilməsi planlaşdırılır.

Aprelin 8-də Almaniyanın müdafiə naziri Boris Pistorius təntənəli şəkildə 20 alman əsgərini Litvaya göndərərək, bunu “Bundesver üçün əla gün” və NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından vacib addım adlandırıb. Sonra deyib ki, gələcəkdə respublikada bütöv bir hərbi briqada yerləşdiriləcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya ordusunun əsgərlərinin Litvaya göndərilməsini Rusiya sərhədləri yaxınlığında “təhlükə ocağı”nın yaradılması adlandırıb və Kremlin buna mənfi baxdığını, sərhədləri qorumaq üçün “xüsusi tədbirlər” görəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş