Raketlər hava hücumundan müdafiə missiyalarının daha effektiv yerinə yetirilməsinə kömək edəcək
Litva İsveçin SAAB Dynamics şirkətindən alçaqdan uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş RBS-70 insan daşına bilən zenit-raket kompleksi üçün ümumi dəyəri təxminən 11 milyon avro dəyərində raketlər alıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Litvanın Müdafiə Nazirliyindən qeyd olunub.
“RBS-70 insan daşına bilən zenit-raket kompleksi üçün “Bolid” tipli raketlər Litva ordusuna verilib. Alınan raketlər hava hücumundan müdafiə missiyalarının daha effektiv yerinə yetirilməsinə kömək edəcək. Alınan “Bolide” raketlərinin ümumi dəyəri təxminən 11 milyon avro təşkil edir”, - məlumatda vurğulanıb.
Nazirlikdən qeyd edilib ki, 2024-cü ildə ölkənin müdafiə büdcəsinin 45%-dən çoxu və ya təxminən 1 milyard avro Litva ordusunun modernləşdirilməsinə ayrılacaq.