Litva hökuməti narahatdır: Ukraynaya hərbçilər göndəriləcək, amma...

Dünya

09.09.2025 - 17:19

Litva müttəfiqlərindən ölkədə hərbi mövcudluğunu artırmağı xahiş etmək niyyətindədir

Litva hökuməti Litva qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı qərar qəbul olunarsa, müttəfiqlərindən ölkədəki hərbi mövcudluğunu artırmağı xahiş etmək niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Litva Prezidentinin müşaviri Deyvidas Matulionis deyib.

"Belə olan halda, biz ölkədəki kontingentin azaldılmasını kompensasiya etməliyik. Əminəm ki, Ukraynaya göndərmək üçün müəyyən qüvvələr ayırsaq, müdafiə siyasətimizdə problemlər yaranmasın deyə, başqa ölkələrin kontingentinin Litvada mümkün yerləşdirilməsi ilə bağlı qərar veriləcək", - bildirib.

Matulionis qeyd edib ki, Litvada əlavə qüvvələrin yerləşdirilməsi məsələsi “həm NATO daxilində, həm də bəzi digər müttəfiqlərlə” müzakirə olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş