“Mən Avropanı dəstəkləyən, Ukraynanı dəstəkləyən, qanunun aliliyini dəstəkləyənlərlə eyni kursu davam etdirmək istəyirəm”
Avropa Parlamentinə keçirilən seçkilərdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin də daxil olduğu Avropa Xalq Partiyası böyük fərqlə qalib gəlib. AYNA xəbər verir ki, müvafiq məlumat seçkilərin nəticələri ilə bağlı internet saytında dərc olunub.
Son məlumatlara görə, Aİ-nin 26 ölkəsinin səsləri hesablandıqdan sonra Xalq Partiyası 720 yerdən 191-ni qazanır və bununla da Sosialistlərin və Demokratların Mütərəqqi Alyansına böyük üstünlüklə (135 mandat, 18,75 faiz, yerlərin 26,53 faizini tutur) qalib gəlir.
Üçüncü yerdə “Yeniləşən Avropa” (83 mandat, yerlərin 11,53 faizi), dördüncü yerdə “Avropa Mühafizəkarları və İslahatçılar” (71 mandat, 9,86 faiz yer) qərarlaşıb.
Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqı (Aİ) üzrə seçkilərin ümumi ilkin nəticələrini təqdim edən səlahiyyət müddəti başa çatan Avropa Parlamentinin rəhbəri Roberta Metsola da Avropa Xalq Partiyasının qələbəsini açıqlayıb.
“Mən Avropanı dəstəkləyən, Ukraynanı dəstəkləyən, qanunun aliliyini dəstəkləyənlərlə eyni kursu davam etdirmək istəyirəm. Məqsədlərimizi bölüşənlərlə əməkdaşlıq edəcəyik”, - Avropa Komissiyasının rəhbəri Brüsseldə mətbuat konfransında bildirib.