Leyen vəd verdi: Avropa İttifaqını müdafiə blokuna çevirəcək

Dünya

18.07.2024 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

“Növbəti beş il ərzində bizim işimiz əsl müdafiə Avropa İttifaqının qurulmasına yönəldiləcək”

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen yenidən seçiləcəyi təqdirdə Avropa İttifaqını (Aİ) müdafiə blokuna çevirəcəyini vəd edib. AYNA-nın məlumatına görə, bu barədə “Reuters” AK rəhbərinin proqramına istinadən xəbər verir.

Seçki proqramında deyilir: “Növbəti beş il ərzində bizim işimiz əsl müdafiə Avropa İttifaqının qurulmasına yönəldiləcək”.

Avropa Komissiyasının rəhbəri həmçinin “dəniz, quru, hava, kosmos və kiber domenlərdə qabaqcıl müdafiə texnologiyalarına” sərmayə qoymaqla Avropa Müdafiə Fondu yaratmaq niyyətini ifadə edib.

Sənəddə həmçinin NATO ilə bir sıra “Avropanın ümumi maraqlarına uyğun müdafiə layihələri” üzərində koordinasiyada işləmək istəyi də bildirilir.

Yenidən AK-nin rəhbəri seçilərsə, fon der Leyen həmçinin Aİ səviyyəsində müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə işləri əlaqələndirəcək Avropanın müdafiə üzrə komissarı vəzifəsini yaratmağa söz verib.

“Aİ dövlətləri öz qoşunlarına görə məsuliyyət daşıyacaqlar”, deyə Leyen bildirib.

Proqramında AK sədri həmçinin Ukraynanı “lazım olduğu müddətcə” dəstəkləmək niyyətində olduğunu qeyd edib.

Qeyd edək ki, onun namizədliyi ilə bağlı səsvermə bu gün Avropa Parlamentində keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş