Leyen Belçikanın "təzminat" krediti ilə bağlı narahatlıqlarına cavab verib

Dünya

04.12.2025 - 14:53

AK rəhbəri Rusiyanın dondurulmuş aktivləri ilə bağlı təklifin Belçikanın iştirakı olmadan qəbul edilə biləcəyini açıqlayıb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın dondurulmuş aktivləri ilə bağlı təklifin Belçikanın iştirakı olmadan Avropa ölkələri tərəfindən qəbul edilə biləcəyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Xəbərdə onun "Bunun üçün yalnız ixtisaslı səs çoxluğu tələb olunur" dediyi bildirilir.

Bundan əlavə, Avropa İqtisadi Məsələlər üzrə Komissarı Valdis Dombrovskis bildirib ki, Avropa Komissiyası gələcəkdə vəziyyətin necə inkişaf edəcəyini anlamaq üçün konkret təkliflər əsasında digər ölkələrin fikirlərini dinləmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş