Xəstəxanaya çatdırılan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir
Lerikdə baş verən qəzada ölən və yaralanan şəxslərin adları məlum olub. AYNA bildirir ki, qəza zamanı Lerik rayon sakinləri - sürücü, 1977-ci il təvəllüdlü Habil Əzimov və onun sərnişinləri - 1996-cı il təvəllüdlü Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb.
Yaralılar, Lerik rayon sakinləri 1984-cü il təvəllüdlü Mübariz Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Əzimova xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri ağır qiymətləndirilir.
Qeyd edək ki, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Faktla bağlı araşdırma aparılır.