“İnkişaf etməkdə olan ölkələr isə Moskva ilə dialoqunu davam etdirir”
“Yalnız Qərb Rusiyanın təcrid olunmasından danışır. İnkişaf etməkdə olan ölkələr isə Moskva ilə dialoqunu davam etdirir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistana səfərinin yekunlarına dair mətbuat konfransı zamanı deyib.
“Mən başa düşmürəm ki, Rusiyanın təcridindən necə danışmaq olar, bir halda ki, bu barədə yalnız Qərb tərəfdaşlarımız danışır”, - Lavrov deyib.
Nazir bildirib ki, inkişaf etməkdə olan ölkələr Moskva ilə əlaqəni davam etdirir və Rusiyaya səfərə maraq göstərirlər.